23:33
(077) 610-22-33

Eynulla Fətullayevdən təkzib gəldi

  • >
593 3 Dekabr 2012 12:59 | Siyasət

“Siyasətçi deyiləm, hüquq müdafiəçisiyəm"



Bəzi saytlar "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayevin qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini yazıblar. Bildirilir ki, E.Fətullayevin namizədliyi hakimiyyət tərəfindən irəli sürüləcək. Müxalifətin əleyhinə çıxış edən hüquq müdafiəçisinə bunun qarşılığında 2015-ci ildə keçiriləcək parlament seçkilərində deputat mandatı veriləcək.

Yayılan informasiyalara hüquq müdafiəçisi Eynulla Fətullayevin cavabı gecikməyib. O, AzNews.az- a açıqlamasında yazılanları cəfəngiyat adlandırıb: "Bu cəfəngiyatdır və şayiədir. Jurnalistlər bədii yaradıcılıq böhranı keçirirlərsə və yazmağa mövzu tapmırlarsa, mən onlara yardım edə bilərəm".

E.Fətullayev 2013-cü il prezident seçkilərində iştirak etməyəcəyini deyib: "Siyasətçi deyiləm, hüquq müdafiəçisiyəm. Buna görə də siyasətlə məşğul olmağı düşünmürəm. Məncə, ölkəmizdə xeyli sayda uğur qazanmış siyasətçi var".

İlkin
AzNews.az
Bağla X