08:56
(077) 610-22-33

Cəbhə xəttində daha bir monitorinq

  • >
417 4 Dekabr 2012 09:48 | Siyasət

Azərbaycan Respublikasının Fuzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləsən təmas xəttində monitorinq keçirilməsi planlasdırılır. Dekabrın 5-də baş tutacaq monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi numayəndəsinin mandatına uyğun olaraq aparılacaq.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçisi Uilyam Prayor, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Andrey Baraskin keçirəcək. Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Sarov və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az
Bağla X