Vurğun Əyyub: “Hazırda müxalifətin vahid namizədlik məsələsi ilə bağlı xüsusi müzakirə getmir” Vurğun Əyyub: “Hazırda müxalifətin vahid namizədlik məsələsi ilə bağlı xüsusi müzakirə getmir”

Keçmiş müsavatçıdan Əli Kərimlinin təklifinə cavab

Vurğun Əyyub: “Hazırda müxalifətin vahid namizədlik məsələsi ilə bağlı xüsusi müzakirə getmir”



"Əli Kərimli müxalifətin vahid namizədlik məsələsilə bağlı təklifini rəsmi şəkildə İctimai Palataya təqdim edərsə, o zaman bu məsələ müzakirə olunacaq".
Bunu AzNews.az-a açıqlamasında Müsavat başqanının sabiq birinci müavini Vurğun Əyyub bildirib.

Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ötən gün etdiyi "50 min adam səsvermədə iştirak etsin və müxalifətin vahid namizədi seçilsin" təklifinə münasibət bildirən V.Əyyub deyib: "Hazırda müxalifətin vahid namizədlik məsələsi ilə bağlı xüsusi müzakirə getmir. Bu məsələ ilə bağlı müxtəlif mexanizmlər təklif etmək olar ki, bunlardan biri də Əli bəyin səsləndirdiyi təklifdir. Amma Əli bəyin təklifi də mütləq müzakirə olunmalıdır. Çünki vahid namizəd məsələsi ilə bağlı müxtəlif mexanizmlər təklif oluna bilər".

Vasif Həsənli
AzNews.az