00:51
(077) 610-22-33

Kobia Azərbaycanla münasibətlərindən danışdı

  • >
246 4 Dekabr 2012 13:16 | Siyasət

"Azərbaycanla Avropa İttifaqı arasında assosiativ sazişlə bağlı plenar görüşün növbəti raundunun 2013-cü ilin yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulur".
AzNews.az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.

Sözügedən sənədin çox vacib əhəmiyyət daşıdığını vurğulayan R.Kobia nəzərə çatdırıb ki, indiyədək Bakı ilə Brüssel arasında bir neçə dəfə videokonfranslar olub: "Biz bu konfranslar zamanı əldə olunmuş tərəqqini daha da irəli aparmaq üçün siyasi səviyyədə plenar görüşlər təşkil etmək istəyirik.

Ötən həftə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə Aİ nümayəndəsi Con Keai arasında görüş keçirilib. Görüş zamanı tərəflər plenar danışıqlara yenidən başlamağı və tempini artırmağı razılaşdırıblar. Çünki bəzi ölkələr bu istiqamətdə Azərbaycandan daha sürətlə addımlar atır. Azərbaycan bu danışıqların əhəmiyyətini başa düşür və sözügedən istiqamətlərdə səylərini artırmağa çalışır".

Vasif Həsənli
AzNews.az
Bağla X