Yusif Bağırzadə: “İstefa barədə məlumatım yoxdur” Yusif Bağırzadə: “İstefa barədə məlumatım yoxdur”

Məşvərət Məclisi niyə susur?

Yusif Bağırzadə: “İstefa barədə məlumatım yoxdur”



Xəbər verildiyi kimi, Azərbaycan Yaşıllar Partiyası Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) fəaliyyətinə son qoyub. Mais Güləliyev istefasını partiya idarə heyətinin qərarı ilə əlaqələndirib.

O, bildirib ki, Azərbaycan Yaşıllar Partiyası, "Ədalət", Vətəndaş və İnkişaf Partiyası ilə birlikdə yeni siyasi blokun yaradılması ilə əlaqədar olaraq DQMM-də iştirakına son verib.
Yaşıllar Partiyasının DQMM-dən uzaqlaşmasına həmin qurumda təmsil olunan partiyaların münasibətini öyrənməyə çalışdıq. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə AzNews.az-a açıqlamasında Mais Güləliyevin istefa verməsindən xəbərsiz olduğunu bildirdi: "Bu barədə məlumatsızam. Ona görə də məsələ barədə bir söz deyə bilmərəm".

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə ümumiyyətlə danışmaq istəmədi: "Gərək istefa ilə bağlı Mais bəyin özü ilə danışam. Sonra sizə məlumat verə bilərəm. İndi isə bu barədə danışmaq istəmirəm".
Qeyd edək ki, DQMM-in növbəti iclası dekabrın 11-də olacaq.

İlkin
AzNews.az