13:05
(077) 610-22-33

Monitorinq insidentsiz keçdi

  • >
361 5 Dekabr 2012 12:38 | Siyasət

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Praroy, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Andrey Baraşkin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Şarov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon keçiriblər.

AzNews.az
Bağla X