02:16
(077) 610-22-33

Partiyaya rəhbərliyi biz həyata keçiririk - İDDİA

  • >
414 5 Dekabr 2012 15:18 | Siyasət

“Çoxluğun iradəsini ifadə edirik”



"Demokratik Birlik" fraksiyasının qarşıdan gələn seçkilərlə bağlı hər hansı bir qərarı yoxdur. Hələ ki, bu məsələ fraksiyanın faktiki rəhbərlik və idarəetmə funksiyasını müəyyən edən yığıncağının gündəliyinə daxil edilməyib".

Bu barədə AzNews.az-a Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) daxilində yaranmış fraksiyanın həmtəsisçilərindən olan Qaya Əliyev məlumat verib. O bildirib ki, prezident seçkiləri ilə bağlı situasiyaya uyğun olaraq müvafiq qərarların qəbul edilməsi istisna deyil: "Ümumi şəkildə deyə bilərəm ki, mövcud seçki qanunvericiliyi və mövcud situasiya demokratik seçki keçirilməsinə imkan vermir. Belə olan halda namizədlik məsələsinin heç bir əhəmiyyəti yoxdur.Vuruqlardan biri-seçki sistemi sıfırdırsa, digər vuruğun-namizədin neçə olmasından aslı olmayaraq hasil sıfra bərabər olacaq".

Q.Əliyev deyib ki, partiya sədri seçkilərdə namizədliyini irəli sürərsə, fraksiya tərəfindən dəstəklənməyəcək: "Əslində, belə qeyri-ciddi məsələlərə münasibət bildirməklə vaxt itirməyin tərəfdarı deyiləm. Həmin şəxs nəinki prezidentliyə namizədlik üçün tələb olunan parametrlərə, heç bələdiyyə üzvlüyü ilə bağlı tələb olunan kriteriyalara cavab vermir. KXCP-dəki rəhbərliyi zəbt etmiş xırda bir qrup da adı çəkilən şəxsin namizədliyini irəli sürə bilər. Xatırlatmaq istərdim ki, KXCP-yə de-fakto rəhbərlik missiyasını biz həyata keçiririk və çoxluğun iradəsini ifadə edirik".

İlkin
AzNews.az
Bağla X