ABŞ-da “erməni soyqırımı“na daha bir abidə qoyulur

ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərində qondarma erməni soyqırımına abidə qoyulacaq. Bu barədə "armradio.am" saytı məlumat yayıb.

Saytın məlumatına görə, Pasadena qondarma Erməni Soyqırımı Abidəsi Komitəsi layihə ilə bağlı 17 dizayn təklifinin olduğunu açıqlayıb.

Artıq həmin təkliflərin araşdırılması və təsdiq olunması üçün 3 seçilmiş professional jüridən ibarət müstəqil heyət yaradılıb.

Tərlan
AzNews.az