“Tədbirdə heç bir sənəd imzalanmayıb” “Tədbirdə heç bir sənəd imzalanmayıb”

YAP haqqında yayılan informasiyalara reaksiya verdi

“Tədbirdə heç bir sənəd imzalanmayıb”



Dekabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərində hakim "Vahid Rusiya" partiyasının təşəbbüsü ilə "XXI əsrdə Avrasiya inteqrasiyası" mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycanın, Ermənistanın və Qazaxıstanın hakim partiyaları iştirak ediblər. Mətbuatda verilən məlumatlara görə, toplantının sonunda imzalanan memoranduma iştirakçı dövlətlərin hakim partiyalarının nümayəndələri imza atılıblar.

Bildirilir ki, keçirilən konfransda "Vahid Rusiya", Respublika Partiyası, Xalq Demokratik Partiyası "Nur Otan" və Yeni Azərbaycan Partiyası imzalayıblar. Sənədin yekun versiyası 2013-cü ildə təqdim ediləcək. Rusiyada hakim partiyanın Avrasiya Birliyi ilə bağlı təşəbbüslərini YAP-dan kimin imzaladığı barədə heç bir məlumat verilmir.

Yeni Azərbaycan Partiyası (YAP) yayılan xəbərləri təkzib edib. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı AzNews.az-a açıqlamasında deyib ki, tədbirdə heç bir sənəd imzalanmayıb: "Tədbir Rusiya tərəfindən təşkil edilmişdi. Diskussiya xarakterli olub. Orada təkcə Avrasiya İttifaqı deyil, həmçinin partiyalararası əlaqələr müzakirə edilib.

Bizim Vahid Rusiya (Rusiya) və Nur Otan (Qazaxıstan) partiyaları ilə əlaqələrimiz var. Erməni KİV-ləri yazmışdı ki, bəzi sənədlər imzalanıb. Əslində, heç bir sənəd imzalanmayıb. Orada iştirak edən nümayəndələrimiz də Hadı Rəcəbli və Mirkazım Mirkazımov olub. Sənəd imzalanması üçün gərək nümayəndənin buna səlahiyyəti çatsın. Belə dəyirmi masalar tez-tez olur və biz də iştirak edirik. Erməni partiyasının iştirak etməsində şişirdiləcək şey yoxdu. Biz onlarla qarşılıqlı anlaşmaya gəlmirik ki. Tribunadan erməni təcavüzünü pisləyən qanunların qəbul edilməsini səsləndiririk".

İlkin
AzNews.az