11:34
(077) 610-22-33

Hamlet İsaxanlı: “Rüstəm İbrahimbəyovla sonralar tanış olmuşam” - MÜSAHİBƏ

  • >
1 912 6 Dekabr 2012 08:00 | Siyasət

Xəzər Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlının AzNews.az-a müsahibəsi:

- Hamlet müəllim, Azərbaycan Ziyalılar Forumu yeni yarandığı vaxtlarda o təşkilatda təmsil olunan ziyalılardan biri də siz olmusunuz. Amma sonradan bu təşkilatdakı fəaliyyətiniz diqqət çəkmədi...

- Azərbaycan Ziyalılar Forumunda təmsil olunanların hamısı mənim tanıdığım şəxslərdir. Rafiq Əliyev, Cəmil Həsənli, Ramiz Rövşən, Əkrəm Əylisi və digərlərini çox yaxşı tanıyıram. Rüstəm İbrahimbəyovla isə sonralar tanış olmuşam.
Düşünürəm ki, onların siyasətlə məşğul olması yaxşı haldır. Çünki bir qrup insan siyasətlə də məşğul olmalıdır. Amma elm və təhsillə də məşğul olmaq, bu sahədə beynəlxalq əlaqələr qurmaq da lazımdır. Hesab edirəm ki, mən elm və təhsil sahələrində daha uğurlu fəaliyyət göstərə bilərəm. Ona görə də Azərbaycan Ziyalılar Forumunda sonadək qalmadım. Amma mən Azərbaycan Ziyalılar Forumunun ilk iclaslarında iştirak etmişəm. Hətta o vaxtlar Ziyalılar Forumunda cəmi 3-4 adam var idi ki, onlardan biri də mən idim. Mən bu təşkilatın siyasiləşdiyini görəndən şəxsi istəyimlə oradan uzaqlaşdım və hazırda elm, təhsil sahəsindəki fəaliyyətimi davam etdirirəm.

- Bəs Azərbaycan Ziyalılar Forumunda iştirak etdiyiniz vaxtlarda hər hansı fikir ayrılığı ilə qarşılaşmısız?

- Mən prinsipcə heç kimi qınamaqla məşğul olmaq istəmirəm. Çünki hər kəsin öz ağıl və düşüncəsi var, hər kəs də öz bildiyini edir. Mən də hazırda ürəyim istəyən və xeyli fayda verə biləcəyim işlə məşğul oluram. Siyasətə də biganə deyiləm, o sahədə də yazılar yazıram. Hər yerdə, Prezident Administrasiyasından tutmuş, televiziyalarda da siyasi-tənqidi çıxışlar edirəm. Bunu hər kəs də deyə bilər. İndi də mənim tənqidi fikrim odur ki, elm və təhsildə mütləq dəyişikliklər olmalıdır. Bundan başqa konkret siyasətlə məşğul olmaq istəmirəm.

- Son vaxtlar təhsil naziri Misir Mərdanovla TQDK sədri Məleykə Abbaszadə arasında gedən "söz yarışı"na münasibətiniz necədir?

- Mən həm Misir Mərdanovla, həm də Məleykə Abbaszadə ilə görüşüb söhbət edirəm. Onlarla heç bir problemim yoxdur. Hər hansı problem olsa belə, həmin problemi müzakirə edib ortaq fikrə gəlirik. Hər kəs öz işi ilə məşğul olur, hər sahənin bir koordinatoru var, mənim işim budur, nazirin işi dövlətin tapşırdığı işlərin icrasını həyata keçirməkdir, təhsil naziri təhsil sahəsinin, Məleykə xanım isə biliklərin dəyərləndirilməsi sisteminin koordinatorudur. Bu sahələr bəzən bir-biri ilə kəsişirlər. Adətən də belə olur. Bu sahələr bir-birindən tam təcrid olunmuş deyil. Yəni müəyyən yerlərdə bu sahələr bir-biri ilə toqquşurlar, hər iki tərəfin marağında olan sahələr var ki, orada bəzən toqquşmalar olur. Hər kəsin bir planı və təklifi olur və ona uyğun da hərəkət edir. Hesab edirəm ki, bu barədə ən düzgün şərhi onların özləri versələr daha yaxşı olar.

Vasif Həsənli
AzNews.az
Bağla X