04:01
(077) 610-22-33

YAP rəsmisi: “Səfir bizi ittiham etməyib ki”

  • >
358 6 Dekabr 2012 10:19 | Siyasət

“O, təhlükənin olduğundan danışıb”



2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan Metyu Brayzanın "Wall Street Journall"da Bakıdakı səfirliyin təhlükəsizliyi ilə bağlı "Müdafiəsi zəifləmiş səfirlikdəki təcrübəm" adlı məqaləsi dərc olunub. Metyu Brayza məqaləsində qeyd edir ki, Azərbaycanda səfir olduğu müddətdə səfirlik daim terror təhlükələri ilə üzləşib: "Terrorçular İsrail və ABŞ diplomatlarını qətlə yetirmək istəyirdilər. O zaman anladım ki, biz bu təhdid qarşısında necə aciz qala bilərik".

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı səfirin dediklərinə münasibət bildirib: "2001-ci ildə terrorçular Amerikada qoşa qüllənin partladılması ilə terror aktı törətdilər. Bundan sonra Amerika səfirliklərinə qarşı ayrı-ayrı ölkələrdə terror aktları və terrora cəhd olub. Hətta Türkiyənin özündə də belə hadisə baş verib. Şükürlər olsun ki, Bakıda xarici səfirliklərə qarşı belə xoşagəlməz hal baş verməyib. Metyu Brayza da deyir, belə təhlükə hiss etmişdi. Belə təhlükə olubsa, hüquq mühafizə orqanları qarşısını alıb. Bu da bizim mühafizə orqanlarının üstünlüyünü göstərir. Səfir bizi ittiham etməyib ki. O təhlükənin olduğundan danışıb".

İlkin
AzNews.az
Bağla X