Millət vəkilləri Haaqada erməni işğalından danışacaqlar

Dekabrın 10-da Niderland Krallığının Haaqa şəhərində "Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi" mövzusunda konfrans keçiriləcək.

AzNews.az-ın məlumatına görə, sözügedən tədbirdə iştirak etmək üçün Milli Məclisin deputatları Adil Əliyev və Qənirə Paşayeva Niderlanda səfərə gedəcəklər.

Beynəlxalq İnsan Haqları gününə təsadüf edən tədbirin məqsədi Ermənistanın işğalı nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi və mədəni abidələrin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumatlandırılmasıdır.

Vasif Həsənli
AzNews.az