Bu barədə heç müzakirələr də aparılmayıb Bu barədə heç müzakirələr də aparılmayıb

Məşvərət Məclisi 10 dekabr aksiyasına qatılmayacaq

Bu barədə heç müzakirələr də aparılmayıb



"Demokratik Qüvvələrin Məşvərət Məclisi İctimai Palatanın dekabrın 10-da paytaxtda keçirəcəyi aksiyaya qatılmayacaq". Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) İdarə Heyətinin üzvü, AMİP sədri Yusif Bağırzadə deyib.

O bildirib ki, İctimai Palatada və DQMM-da təmsil olunan partiyalar arasında yaxınlaşma prosesi başlayıb: "Düşünürük ki, tədbirlərin və aksiyaların birgə keçirilməsi haqqında qərar verək. Ancaq hazırkı mərhələdə İctimai Palatanın dekabrın 10-da keçiriləcək aksiyasında iştirakla bağlı Məşvərət Məclisində hər hansı müzakirə aparılmayıb".

Y. Bağırzadə əlavə edib ki, DQMM-də qərarlar kollegial şəkildə həftədə bir dəfə, ikinci günlər keçirilən sessiyalarda verilir. Növbəti sessiya dekabrın 11-də keçiriləcək. Bu baxımdan həmin aksiya ilə bağlı qurumun mövqeyinin müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirilməsi texniki cəhətdən mümkün olmayacaq.

AzNews.az