15:09
(077) 610-22-33

“Ermənistan bizim bu mövqeyimizdən istifadə edir“

  • >
375 6 Dekabr 2012 13:05 | Siyasət

"Hazırkı vəziyyətdə münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticəyə yol açmamasına səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi və yenilənmiş Madrid prinsiplərini qəbul etməməsidir". Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, xüsusilə Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatları danışıqlar prosesinə ciddi zərbə vurur. Onun fikrincə, ilk növbədə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın qeyri-konstruktiv mövqeyinə göz yummamalıdır.

"Azərbaycan hər zaman problemin diplomatik yolla həllinə hazırdır. Lakin Ermənistan bizim bu mövqeyimizdən istifadə edir. Onlar müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışır və bununla da, münaqişənin həllinə maraqlı olmadıqlarını göstərirlər"- deyə, A.Mirzəzadə vurğulayıb.

AzNews.az
Bağla X