"Bəzi adamlar unudurlar ki, onların yaxın qohumları arasında dələduzlar az deyil" "Bəzi adamlar unudurlar ki, onların yaxın qohumları arasında dələduzlar az deyil"

Gülər Əhmədova: “Məndən intiqam alırlar”

"Bəzi adamlar unudurlar ki, onların yaxın qohumları arasında dələduzlar az deyil"



"Elşad Abdullayevdə olan pul, ətrafındakı texniki heyət məndə olsaydı, "Avatar-Elşad" filmi çəkərdim". Bunu Merkez.az-a açıqlamasında sabiq millət vəkili Gülər Əhmədova deyib.

O, Elşad Abdullayevin yaydığı videomaterialları real hesab edənlərə də cavab verib: "Onları başa düşürəm. Bəzilərinin əlinə girəvə düşüb və köhnə intiqamını alır, bəziləri isə iqtidarın üstünə yerimək üçün şans əldə edib. Ən əsası isə hamı məni arxasız görüb".

Gülər Əhmədova bildirib ki, səhhəti pisləşdiyi üçün çox şeyə reaksiya verə bilmir: "Amma sahibsizlərin sahibi Allahdır. Məqamdan istifadə edib məni təkləmək istəyənlərə ayıb olsun. Bir qadını yıxmaq üçün bu qədər kişi qolunu çirmələyib düşüb meydana.
Heç gözləməzdim. Amma bəzi adamlar unudurlar ki, onların yaxın qohumları arasında dələduzlar az deyil. Sağlıq olsun. İndi mənim üçün ən əsası sağlamlığımdır. Xəstəliyə qalib gələ bilsəm, hər şey düzələr".

AzNews.az