03:52
(077) 610-22-33

“Mənim namizədliyim demək olar ki, təsdiq olunub”

  • >
835 6 Dekabr 2012 16:42 | Siyasət

“Məşvərət Məclisi və İctimai Palata satılmış qüvvələrdir”



"Partiya qurultayın keçirilməsi ilə bağlı qərar verib. Bundan sonra prezident seçkilərində iştirak edəcək namizədin kimliyi bəlli olacaq. Partiya seçkilərlə bağlı bütün lazımi addımlar atır".

Bu sözləri AzNews.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, partiya üzvlərilə görüşlər keçirilir, rayon şöbələrinin yenidən təşkilatlanması üçün işlər aparılır: "Biz seçkilərə ciddi hazırlaşırıq. İştirakımız dövlətimizin, millətimizin yolunda atılan addımlardan biri olacaq".

H.Hacıyev qeyd edib ki, partiya qurultayda onun namizədliyini irəli sürəcək: "Qurultayda namizədiliyim 100 faiz deyil, 200 faiz partiya tərəfindən irəli sürüləcək. Mən də bunu dəyərləndirib, seçkilərdə iştirak edəcəm. Əvvəlki seçkilərdə necə fəal iştirak etmişəmsə, indi də elə olacaq. Biz Azərbaycan xalqının mənafeyi naminə çalışırıq. Hansı milli qüvvələrlə bir arada olacağıqsa, indidən onlarla danışıqlar aparılır. Biz Avropada, Tiflisdə görüş keçirib, kimlərəsə yalvarmırıq ki, bizə dəstək olsunlar. Müasir Müsavat Partiyası Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, xalqın maddi rifah halının daha da yaxşılaşması yönündə konsepsiyanı ortaya qoyub. Buna görə də prezidentliyə layiqli namizədlərdən biri Hafiz Hacıyevdir".

MMP sədri İctimai Palata ilə Məşvərət Məclisini sərt tənqid edib: "Onların heç bir gücü yoxdur. Onlara nə Məşvərət Məclisi, nə də İctimai Palata demək olar. Bunlar satılmış qüvvələrdir. Çalışırlar birlik yaradıb nəyəsə nail olsunlar. 50-60 nəfərin arasından prezident seçilmir.

Həmin qüvvələrin xalq arasında heç bir dəstəyi yoxdur. Əksinə, nifrət edirlər. Həmin qrupların bir hissəsinə Rəsul Quliyev, digər hissəsinə hakimiyyət daxilindəki incik qüvvələr maliyyə verir. Onlar da 50-60 nəfərin iştirakı ilə aksiya keçirirlər. Bunların vahid namizədlə seçkilərdə iştirak etməsi müşkül məsələdir. Onlar fikirləşirlər ki, Hafiz Hacıyev seçkilərdə iştirak etsə, bizi vurub sıradan çıxaracaq. Bilirsiz ki, mənim namizədliyim də, demək olar ki, təsdiq olunub".

İlkin
AzNews.az
Bağla X