08:01
(077) 610-22-33

Millət vəkili: “Əhalinin 99,9 faizi İlham Əliyevə səs verəcək”

  • >
725 7 Dekabr 2012 17:10 | Siyasət

"İndi Azərbaycanda prezident seçkiləri keçirilsə, o zaman əhalinin 99,9 faizi prezident İlham Əliyevə səs verəcək".

Bunu AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin böyük şansının olması barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

YAP-çı millət vəkili bildirib ki, prezident İlham Əliyevin güclü sosial bazası var və Azərbaycan xalqının bütöv əksəriyyəti onu dəstəkləyir. Onun sözlərinə görə, prezident İlham Əliyevin fəaliyyəti dövründə gördüyü işlər, apardığı uğurlu siyasət, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil etməsi, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və digər bu kimi addımlar onun seçkilərdə yenidən qələbə qazanmasına əsas yaradır: "İndi nəinki Roland Kobia, həmçinin bütün dünya, o cümlədən Azərbaycan xalqı yaxşı bilir ki, prezident İlham Əliyevin Azərbaycanda alternativi yoxdur.

Azərbaycanda 20-ci ildən ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrünə qədər 16 nəfər birinci şəxs olub. Onların 16-sı birlikdə prezident İlham Əliyevin regionlara etdiyi qədər səfər etməyib. Prezident İlham Əliyevin 9-10 ildə regionlara etdiyi səfər onların 16-nın birlikdə 70, 80 ildən artıq rəhbərlik elədikləri dövrdəki səfərlərindən çoxdur. Bütün bunlar bir daha göstərir ki, prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bunu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasətçilər də görüb qiymətləndirirlər".

Vasif Həsənli
AzNews.az
Bağla X