“Konstitusiyada mitinqə, piketə icazə vermək söhbəti yoxdur” “Konstitusiyada mitinqə, piketə icazə vermək söhbəti yoxdur”

Müxalifət liderləri 10 dekabr aksiyasına qatıla bilər

“Konstitusiyada mitinqə, piketə icazə vermək söhbəti yoxdur”



"Ehtimal edilir ki, aksiyada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri iştirak etsinlər. Bura liderlər və şuranın bir neçə üzvü daxildir". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov deyib. O bildirib ki, liderlərin aksiyada mütləq iştirak etmələri şərt deyil: "Koordinasiya Şurasının üzvlərinin iştirakı gözləniləndir".

İctimai Palata ilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) əməkdaşlıq məsələlərinə də toxunan partiya rəsmisinin sözlərinə görə, bu iki qurum arasında əməkdaşlıq qüvvədə deyil: "Bizim məqsədimiz ölkədəki bütün müxalif qüvvələrin İctimai Palata ətrafında inteqrasiyasına nail olmaqdır. Əgər bu baş tutmazsa, funksional əməkdaşlığa cəhd edəcəyik. Məşvərət Məclisi məsələlərin hüquqi müstəvidə həllinin tərəfdarıdır. Biz Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə əsaslanaraq addımlar atırıq. Orada mitinqə, piketə icazə vermək söhbəti yoxdur. Burada xəbərdarlıq ola bilər. Biz buna görə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdikdən sonra aksiya keçiririk. Məşvərət Məclisi ilə əməkdaşlığımız dərinləşərsə, gələcəkdə kütləvi aksiyaları birlikdə keçirə bilərik. Bu, istisna deyil".

İlkin
AzNews.az