ABŞ və Rusiya Suriya məsələsində razılığa gəldilər

ABŞ və Rusiyanın Suriyadakı bütün tərəflər arasında vasitəçilik səylərinə dəstək vermək məsələsində razılaşdıqları bildirilib. Şimali İrlandiyanın Belfast şəhərində səfərdə olan dövlət katibi Hillari Klinton keçirdiyi mətbuat konfransında Suriya məsləsinə toxunub.

ABŞ və Rusiyanın Suriyadakı bütün tərəflər arasında vasitəçilik səylərinə dəstək vermək məsələsində razılaşdıqlarını bildirən Klinton ölkəsinin demokratik gələcəyini təmin etmək üçün Bəşər Əsədi istefa verməyə çağırıb.

Dövlət katibi Suriyadakı vəziyyətin yalnız suriyalılar üçün deyil, qonşuları üçün də getdikcə təhlükəli vəziyyət aldığını qeyd edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Hillari Klinton, Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT və Ərəb Birliyinin xüsusi nümayəndəsi Əhdar İbrahimi Suriya məsələsi ilə bağlı müzakirələr aparmışdılar.

Tərlan
AzNews.az