"Təəccüblənəcək bir şey yoxdur" "Təəccüblənəcək bir şey yoxdur"

Keçmiş nazir Sabir Rüstəmxanlını müdafiə etdi

"Təəccüblənəcək bir şey yoxdur"



"Bu baxımdan Sabir Rüstəmxanlını və Əjdər Tağızadəni dəstəkləyirəm"
Dünən İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə dekabrın 5-i Bakıda keçirilmiş "Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz" konfransını pisləyən bəyanatla çıxış edib.

Səfirliyin yaydığı bəyanatda DAK, eyni zamanda onun həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə separatçı, təxribatçı adlandırılıb.

Uluslararası Güney Azərbaycan Konseyi (UGAK) İdarə Heyətinin üzvü, keçmiş təhsil naziri Firudin Cəlilov Sabir Rüstəmxanlının İranla bağlı atdığı addımları doğru hesab edib.

O deyib ki, cənubdakı soydaşlarımızın problemlərini gündəmə gətirəndə İran narahat olur: "Soydaşlarımızın başına oyun açan rejimin belə tədbirlərin keçirilməsindən narahat olması normal haldır. Təəccüblənəcək bir şey yoxdur. Bu baxımdan Sabir Rüstəmxanlını və Əjdər Tağızadəni dəstəkləyirəm. Həmçinin, bu məsələdə onlarla həmrəyəm".

İlkin
AzNews.az