MDB müdafiə nazirləri Moskvada görüşəcək

Dekabrın 11-də Moskvada MDB ölkələrinin müdafiə nazirləri şurasının iclası keçiriləcək. İclasda Azərbaycan, Belorus, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Ukraynanın müdafiə nazirləri iştirak edəcək.

Rusiya mətbuatının məlumatına görə, MDB ölkələri arasında müdafiə sahəsində əməkdaşlığın müzakirə olunacağı iclasın gündəliyində 20 məsələ dayanır.

Bu mövzular arasında 2013-cü ildə keçiriləcək birgə tədbirlər xüsusi yer tutur.

Həmçinin, mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq, İkinci Dünya Müharibəsində qələbənin 70-ci ildönümü münasibətilə tədbirlərə hazırlıq kimi məsələlər müzakirə mövzusu olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az