“Müxalifətin planlaşdırdığı növbəti aksiya da baş tutmayacaq” “Müxalifətin planlaşdırdığı növbəti aksiya da baş tutmayacaq”

YAP rəsmisi İctimai Palataya cavab verdi

“Müxalifətin planlaşdırdığı növbəti aksiya da baş tutmayacaq”



"Müxalifətin planlaşdırdığı növbəti aksiya da baş tutmayacaq". AzNews.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın (İP) dekabrın 10-da planlaşdırdığı etiraz aksiyasına münasibət bildirərkən deyib.

Hazırda aksiya keçiriləcək ərazidə olduğunu söyləyən S.Novruzov Milli Məclisin qarşısında heç kəsin aksiya keçirmədiyini bildirib. Onun sözlərinə görə, aksiyanın məqsədi və məzmunu bəlli deyil: "Bu insanların heç bir sosial bazası elektoratı yoxdur. Sadəcə olaraq müxalifət növbəti şou düzəltmək istəyir ki, bu da baş tutmayacaq".

Qeyd edək ki, İctimai Palata bu gün saat 14.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İP-nın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.

Vasif Həsənli
AzNews.az