Əraziyə polis nəzarəti isə davam edir Əraziyə polis nəzarəti isə davam edir

Aksiya başa çatdı - YENİLƏNİB - FOTOLAR

Əraziyə polis nəzarəti isə davam edir



İctimai Palatanın Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyası başa çatıb. Meydanda sakitlikdir. Buna baxmayaraq polislər hələ də ərazini nəzarətdə saxlayır.

Bu arada aksiya zamanı həbs edilənlərin ilkin siyahısı açıqlanıb. Siyahıda AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və Asəf Quliyevin, partiyanın fəal üzvləri Şakir Abbasov, Məmməd İbrahim, Təzəxan Mirələmli, İlham Hüseyn, Kəmalə Bənənyarlı, Orxan Carçı və başqalarının adları var.

15:01

***

AzNews.az-ın aksiyada olan əməkdaşının bu dəqiqələrdə verdiyi məlumata görə, artıq həbs olunanların əksəriyyəti sərbəst buraxılıb. Digərləri isə polis bölməsində saxlanılır.

14: 50

Daha 5 nəfər saxlanılıb. Onların əksəriyyəti Müsavat partiyasının fəallarıdır.

14:36
***

İctimai Palatanın Fəvvarələr Meydanında keçirilən aksiyasında daha 10 nəfər saxlanılıb.

AzNews.az əməkdaşı xəbər verir ki, aksiyada İctimai Palataya daxil olan qurumlarla yanaşı, digər müxalifət partiyalarının nümayəndələri də iştirak edir.

Eləcə də Klassik Xalq Cəbhəsi Partiyasının daxilindəki fraksiyaların 30-a yaxın üzvü aksiyaya qatılıb.

***
14:15

İctimai Palatanın Fəvvarələr meydanında planlaşdırdığı aksiya ilə əlaqədar artıq 30-a yaxın şəxs saxlanılıb.

Bu barədə məlumatı AzNews.az-ın aksiyanı izləyən əməkdaşı məlumat verib. Məlumata görə, fəal aksiyaçılar ərazidən uzaqlaşdırılaraq onlara qarşı güc tətbiq edilir.

14:00

***

İctimai Palatanın bu gün saat 14.00-da Fəvvarələr meydanında planlaşdırdığı aksiya ilə əlaqədar ərazi polis və mülki geyimli şəxslər tərəfindən əhatə olunub.

AzNews.az-ın məlumatına görə, hazırda meydanın giriş-çıxışı avtobuslar tərəfindən bağlanılıb. Ərazidə 5-10 mitinq iştirakçısı gözə dəyməkdədir. Bundan əlavə, ərazidə xeyli sayda jurnalist var.

İlkin Pirəli
AzNews.az
image description image description image description