04:34
(077) 610-22-33

Xocalı soyqırımının tanınması üçün imza aksiyası

  • >
336 10 Dekabr 2012 17:01 | Siyasət

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresi (AAK) Xocalı soyqırımının tanınmasına dair imza aksiyası həyata keçirir. Bu barədə AzNews.az-a AAK-dan məlumat verilib.

Məlumata görə, aksiyanın keçirilməsində məqsəd XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Avropa Azərbaycanlıları Konqresi (AAK) Xocalı Soyqırımının Avropada tanınmasına və ona siyasi qiymət verilməsinə dair Avropa Birliyinin siyasi-ictimai qurumlarına Petitsiya məktubları ilə müraciət etməyi planlaşdırır. Bununla əlaqədar AAK "Xocalı soyqırımının tanınmasına dair imzatoplama aksiyası" təşkil edir və xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına və xaricdə yaşayan azərbaycanlılara üz tutaraq cəmiyyətlər adından və yaxud şəxsən bu aksiyaya qoşulmağa çağırır.

Vasif Həsənli
AzNews.az
Bağla X