Qurumun rəhbər strukturları yenidən formalaşıb Qurumun rəhbər strukturları yenidən formalaşıb

Gülər Əhmədova Diaspor Mərkəzindən xaric edildi

Qurumun rəhbər strukturları yenidən formalaşıb


Elşad Abdullayev olayı ilə bağlı deputat mandatıni itirən Gülər Əhmədova bu gün təmsil olunduğu daha bir qurumdan kənarlaşdırılıb.

Moderator.az saytına verilən məlumata görə bu gün "Bay-İstanbul" restoranında İsmayıl Ağayevin sədri olduğu Beynəlxalq Diaspor Mərkəzinin 2-ci konfransı keçirilib. Konfransda qurumun rəhbər strukturları yenidən formalaşıb.

Qeyd edək ki, bü günədək Gülər Əhmədova Beynəlxalq Diaspor Mərkəzinin İdarə Heyətinin üzvü və qurumun Məşvərət Şurasının sədri vəzifəsini daşıyırdı.

Bugünkü konfransda Gülər Əhmədova mərkəzdə tutduğu hər iki vəzifəsindən uzaqlaşdırılıb. O mərkəzin yeni heyətində təmsil olunmayıb.
Qeyd edək ki, bu yaxınlarda mediada Gülər Əhmədovla İsmayıl Ağayevin biznes ortağı olması haqda xəbərlər yer almışdı.

AzNews.az