15:08
(077) 610-22-33

“Rusiya göstərmək istəyirdi ki, “mən Azərbaycanda varam!””

  • >
636 11 Dekabr 2012 08:52 | Siyasət

"Bu qərara soyuqqanlılıqla yanaşmaq lazımdır"



"Azərbaycan-Rusiya münasibətləri təkcə Qəbələ RLS-in icarə haqqından asılı deyil". Bunu APA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə iki ölkə arasında bir sıra sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcüddür: "Fikrimcə, bu əməkdaşlıq öz qaydasında davam edəcək".

R. Musabəyov bildirib ki, danışıqlar zamanı Rusiya tərəfi stansiyanın onun təhlükəsizliyi üçün vacib olduğunu və Qəbələ RLS-in Azərbaycanın təhlükəsizliyinə hansı töhvə verəcəyini izah etməliydi: "Lakin Rusiya bunu eləmirdi. Onlar deyirdilər ki, Qəbələ RLS bizə lazımdı, siz onu istədiyimiz qiymətə bizə verin! Rusiyanın bu istəyi ikitərəfli münasibətlərə cavab verməyən bir iddia idi. Əslində Rusiyanın təhlükəsizlik baxımından bu stansiyaya elə də ehtiyacı yox idi. Sadəcə olaraq, Rusiya göstərmək istəyirdi ki, "mən Azərbaycanda varam!". Bu, Azərbaycanın maraqlarına cavab verməyən bir iddia idi.

Rusiyanın Qəbələ RLS-dən imtina etməsi haqqında qərara soyuqqanlılıqla yanaşmaq lazımdır. Rusiya Ukraynada eyni ilə bu problemlə üzləmişdi. Ordakı RLS-lərdən də imtina etmişdi. Bu, o demək deyildi ki, Rusiya Ukrayna ilə düşmən oldu. Azərbaycanla Rusiyanın münasibətləri ikitərəfli maraqlar əsasında qurulub və davam etdirilməlidir".

AzNews.az
Bağla X