İran səfirliyinin əməkdaşı Azərbaycana buraxılmadı

İran mətbuatı İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşının ölkəyə buraxılmadığı barədə məlumat yayıb. Məlumata görə, hələlik adı açıqlanmayan həmin şəxsin xidməti pasportunun və 3 aylıq vizasının olmasına baxmayaraq Astara gömrük məntəqəsində yoxlamadan keçərkən ölkəyə buraxılmayıb.

Məlumatda o da bildirilib ki, ali dini rəhbərin Azərbaycandakı təmsilçisinə 1 illik vizanın verilməsindən də imtina olunub.

Bundan əvvəl isə İranın "Arannews" saytı İran səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşlarına viza verilmədiyi barədə məlumat yaymışdı.

Alpər
AzNews.az