04:38
(077) 610-22-33

Əhmədinejada sayğısızlıq

  • >
276 11 Dekabr 2012 09:47 | Siyasət

İsveçdən olan yeni səfir prezidentlə görüşü zamanı ayaqlarını üst-üstə qoyub



İsveçin İrana təyin etdiyi yeni səfir prezident Əhmədinecətin kefini pozub. Məlumata görə, öz etimadnaməsini İranlı prezidentə təqdim edən səfir Peter Teyler, söhbət zamanı ayağını-ayağının üstünə qoyub, bu isə yerli mediaya əsasən sayğısızlıq kimi dəyərləndirilib. Bir çox saytlar buna əsas kimi ayaqları üst-üstə qoymağın beynəlxalq diplomatik normalara zidd olduğunu göstərsə də, məsələni daha dərindən təhlil edən Atlantik Vayər jurnalı fərqli yanaşma ilə çıxış edib.

Belə ki, Tehrandakı səfir-prezident görüşündə Əhmədinejət özü də ayaqlarını üst-üstə qoyub. Jurnal İranlı prezidentin keyfinin pozulmasını, sadəcə səfirin oturan zaman ayaqqabısının alt hissəsinin görünməsi ilə izah edib.

""Kiməsə ayaqqabının altını göstərmək müsəlman mədəniyyətində ədəbsizlik sayılır, belə ki, ayağın altı çirkli olur, o yerə daha yaxın, bu baxımdan şeytana da daha yaxındır... Müsəlmanlarla bir otaqda olanda ayağınızın alt hissəsini görsətməməyə çalışın, buna diqqət yetirin" deyə Atlantik Vayər jurnalınd qeyd edilir.

AzNews.az
Bağla X