YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi vəfatının ildönümü ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Partiya sərinin müavini, icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, PA rəhbərinin müavini Novruz Məmmədov və digər şəxslər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar.

Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.

AzNews.az