“Qəbələ RLS-nin fəaliyyəti Azərbaycan üçün nə iqtisadi, nə də hərbi baxımdan faydalı olmayıb. “Qəbələ RLS-nin fəaliyyəti Azərbaycan üçün nə iqtisadi, nə də hərbi baxımdan faydalı olmayıb.

“Qəbələ RLS-nin fəaliyyəti Azərbaycan üçün faydalı olmayıb”

“Qəbələ RLS-nin fəaliyyəti Azərbaycan üçün nə iqtisadi, nə də hərbi baxımdan faydalı olmayıb.

"Qəbələ RLS-nin fəaliyyəti Azərbaycan üçün nə iqtisadi, nə də hərbi baxımdan faydalı olmayıb. Ona görə də bu proses gec-tez baş verməli idi". Bunu AzNews.az-a açıqlamasında "Azərbaycan Naminə" İctimai Mərkəzin prezidenti, politoloq Eldar Namazov bildirib.

E.Namazov söyləyib ki, Rusiyanın Qəbələ Raketdən Müdafiə Kompleksindən (RLS) imtina etməsi gözlənilən idi. Onun sözlərinə görə, Rusiyada hansısa dairələrin Qəbələ RLS-nin fəaliyyətinə münasibəti yaxşı deyil: "Güman edirəm ki, Qəbələ RLS-nin bağlanılması Rusiya-Azərbaycan münasibətlərinə həlledici təsir göstərə bilməz. İnanmıram ki, bu məsələyə görə Rusiya-Azərbaycan münasibətlərində ciddi nəsə baş versin. Nəzərə almaq lazımdır ki, Rusiya çoxdan bəri Qəbələ RLS-nin əvəzlənməsi üçün müxtəlif tədbirlər görür. Hətta Qəbələ RLS Rusiya ərazisində yerləşsəydi belə, o yenisi ilə əvəzlənəcəkdi".

Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətinə də toxunan E.Namazov hazırda Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin hiss olunduğunu deyib: "Bu gərginlikləri mətbuatda da müşahidə etmək mümkündür. Demək olar ki, bu gərginlik şəxsi münasibətlərə köklənib. Bu isə o qədər də yaxşı hal deyil və demokratik olmayan ölkələrə xasdır".

Vasif Həsənli
AzNews.az