01:22
(077) 610-22-33

Tramp: Mənim Rusiyayla heç bir əlaqəm yoxdu

  • >
3 679 11 Yanvar 18:42 | Siyasət

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp iddia edir ki, Rusiya heç vaxt ona təsir göstərməyib.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu haqda Tramp öz Tvitter hesabında yazıb:

“Rusiya heç vaxt mənə təsir göstərməyib. Mənim Rusiyayla heç bir əlaqəm yoxdu - heç bir saziş, heç bir kömək, heç nə! ”

Həmçinin, Ağ Evin gələcək başçısı qeyd edir ki, o, seçkiləri asanlıqla udub. Onun rəqibləri isə, saxta xəbərlərin köməyi ilə qələbə qazanmağa çalışıblar:

“Xüsusi xidmət orqanları cəmiyyətə bu saxta xəbərləri sızdırmamalıydı. Mənə vurulan daha bir zərbədir. Biz məgər nasist Almaniyasında yaşayırıq?”, - Tramp belə deyib.

Daha əvvəl CNN telekanalı adını gizli saxladığı məmurlara istinadən bildirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Tramp barədə Rusiyada onu etibardan salacaq faktları aşkar ediblər. Rəsmi Kremlsə bu faktları “cəfəngiyat” adlandırıb.

Bağla X