Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-də Tehranda İran İslam Respublikasının sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib. Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-də Tehranda İran İslam Respublikasının sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib.

Azərbaycan nümayəndə heyəti Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib

Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-də Tehranda İran İslam Respublikasının sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, mərasimlərdə iştirak etdikdən sonra Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Ziyafət Əsgərov İran İslam Şurası Məclisi (parlamenti) sədrinin birinci müavini Məsud Pezeşkian ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Nümayəndə heyətinə Milli Məclisin deputatları, o cümlədən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri daxildir.