Azərbaycan Milli Məclisinin yaz sessiyasının komitə iclasları başlayır. Azərbaycan Milli Məclisinin yaz sessiyasının komitə iclasları başlayır.

Deputatların tətili başa çatdı

Azərbaycan Milli Məclisinin yaz sessiyasının komitə iclasları başlayır.

"Report"un xəbərinə görə, yanvarın 18-də parlamentin Səhiyyə komitəsi və Mədəniyyət komitəsinin ayrı-ayrılıqda iclasları keçiriləcək.

Qeyd edək ki, keçən il dekabrın 30-da MM-in deputatları qış tətilinə çıxıb. Tətil yanvarın 15-də başa çatıb.

Yaz sessiyasının ilk plenar iclası fevralın 1-də olacaq. Sessiya mayın 31-dək davam edəcək.

AzNews.az