Türkiyənin MHP-dən millət vəkilliyinə namizədliyini irəli sürən məşhur türk aktyoru Mehmet Aslan Reina terroru zamanı “Twitter”-də yazdığı statusa görə nəzarətə götürülüb. Türkiyənin MHP-dən millət vəkilliyinə namizədliyini irəli sürən məşhur türk aktyoru Mehmet Aslan Reina terroru zamanı “Twitter”-də yazdığı statusa görə nəzarətə götürülüb.

Ərdoğanı təhqir edən məşhur aktyor - Statusu sürücüm yazıb

Türkiyənin MHP-dən millət vəkilliyinə namizədliyini irəli sürən məşhur türk aktyoru Mehmet Aslan Reina terroru zamanı “Twitter”-də yazdığı statusa görə nəzarətə götürülüb.

AzNews.az Hurriyet-ə istinadən xəbər verir ki, prokurorluq tərəfindən sərbəst buraxılan Aslan ifadəsində tviti sürücüsünün yazdığını bildirib.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Reina gecə klubunda baş verən terror hadisəsindən sonra aktyor Mehmet Aslan sosial şəbəkədə yazdığı: “Tayyip yatacaq yerin yoxdur, bu ərəb terrorçularını içimizə doldurdun, Türkləri öldürtdürdün” statusunu bir müddət sonra pozmuşdu.