09:30
(077) 610-22-33

Prezident maestro Niyazinin abidəsinin açılışında - Fotolar

  • >
2 715 2 Fevral 2017 12:20 | Siyasət

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı maestro Niyazinin abidəsinin açılışını edib.

Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.

Dövlət başçısı mərasimdə çıxış edib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltaraş Ömər Eldarov çıxış ediblər.

image description image description image description image description image description image description
Bağla X