Rusiyalı senator Aleksey Puşkov Nikki Heylinin çıxışının Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan sələfi Samanta Pauer tərəfindən yazıldığın iddia edib. Rusiyalı senator Aleksey Puşkov Nikki Heylinin çıxışının Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan sələfi Samanta Pauer tərəfindən yazıldığın iddia edib.

ABŞ-ın BMT-dəki yeni nümayəndəsi Rusiyanı sərt tənqid edib - Ukraynaya görə

Rusiyalı senator Aleksey Puşkov Nikki Heylinin çıxışının Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan sələfi Samanta Pauer tərəfindən yazıldığın iddia edib.

AzNews.az xəbər verir ki, ABŞ-ın BMT-dəki yeni, daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının ilk iclasında Rusiyanı sərt tənqid edib. Nikki Heyli bəyan edib ki, ABŞ-ın Rusiya əlehinə tətbiq etdiyi sanksiyalar Krım yarımadası Ukranaya qaytarılana qədər qüvvədə qalacaq.

Bu bəyantadan sonra çıxış edən rusiyalı senator Aleksey Puşkov Nikki Heylinin çıxışının Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan sələfi Samanta Pauer tərəfindən yazıldığın iddia edib:

“Görünür ki, ABŞ-ın yeni təmsilçisi BMT-yə Samanta Pauer tərəfindən yazılmış mətnlə gəlib. Ukrayna hərbçilərinin Donbassı gülləbaran etdiyi bir vaxtda Rusiyanı necə qınamaq olar?!”

Buna baxmayaraq, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib ki, Heylinin çıxışı zamanı ABŞ-ın yeni administrasiyasının “səs tonu” dəyişib. Onun sözlərinə görə, müzakirə olunan məsələni nəzərə alsaq, çıxış mətni kifayət qədər “dostcasına” idi.