Tramp Britaniya parlamentinin ən qədim zalında çıxış etmək hüququndan məhrum oluna bilər. Tramp Britaniya parlamentinin ən qədim zalında çıxış etmək hüququndan məhrum oluna bilər.

Trampın əlindən bu hüququ alına bilər - bu onun üçün təhqirdi

Tramp Britaniya parlamentinin ən qədim zalında çıxış etmək hüququndan məhrum oluna bilər.

AzNews.az Telegraph-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Britaniya parlamentinin ən köhnə və ən nüfuzlu zalı- Vestminster zalında bu ölkə rəsmi səfəri zamanı nitq söyləməkdən məhrum edilə bilər.

İcmalar palatasının spikeri Con Berkou bir çox parlament üzvlərinin Trampın Vestminster sarayı daxilində edəcəyi müraciətə qarşı münasibətindən narahatdır. Məsələ ondadır ki, aşağı palatanın 150 deputatı Trampın müsəlman qaçqınlara və miqrantlara qarşı qoyduğu məhdudiyyəti rədd edən ərizə imzalayıb.

Bu səbəbdən, Tramp öz nitqini söyləmək üçün ona meşədə gizlədilmiş XI əsrə aid Kral qalereyası təklif edilə bilər ki, bu da onun üçün böyük təhqir hesab edilə bilər. Çünki, onun sələfi, eks-prezident Barak Obama Krallığa səfəri zamanı, Vestminster parlament zalında çıxış etmişdi.