Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir. Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.

İrəvanda, Belarus səfirliyi qarşısında aksiya- “Rədd olun!”

Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, ermənilər blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi barədə rəsmi Minskin qərarına etiraz edirlər. Aksiyada erməni millət vəkilləri də iştirak edir.

Hətta deputatlardan biri Nikol Paşinyan səfirliyin əməkdaşlarından qısa müddətdə Ermənistan əraizisini tərk etmələrini tələb edib. Səfirlik əməkdaşları isə səfirin hazırda binada olmadığını, buna görə də, etirazçıların bəyanatlarını qəbul edə bilməyəcəklərini deyiblər.

Etiraz edənlər “Rədd olun!” şüarını səsləndiriblər.