“Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı olaraq münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Prezident İlham Əliyevin Brüsselə son səfəri də bu məsələlərin həllinə hesablanmışdı. Düşünürəm ki, səfər zamanı qarşıya qoyulan məqsədlərə nail olunub”. “Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı olaraq münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Prezident İlham Əliyevin Brüsselə son səfəri də bu məsələlərin həllinə hesablanmışdı. Düşünürəm ki, səfər zamanı qarşıya qoyulan məqsədlərə nail olunub”.

“Nəticədə özləri pis vəziyyətdə qalacaqlar” - Millət vəkili

“Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı olaraq münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Prezident İlham Əliyevin Brüsselə son səfəri də bu məsələlərin həllinə hesablanmışdı. Düşünürəm ki, səfər zamanı qarşıya qoyulan məqsədlərə nail olunub”.

AzNews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib. Millət vəkilinin fikrincə, səfər zamanı ciddi uğurlar əldə edilib: "Azərbaycan prezidentinin iştirak etdiyi yüksək səviyyələrdə görüşlərdə həm Azərbaycanla Avropa Birliyi arasında strateji sazişin hazırlanıb imzalanmasına dair razılığın əldə edilməsi, həm energetika sahəsində, həm də iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə dair məsələlərdə ciddi uğurlara nail olunub. Bu göstərir ki, tərəflərin maraqlarının üst-üstə düşdüyü məqamlarda irəli getmək mümkündür və zəruridir".

R.Musabəyov hesab edir ki, bu səfər zamanı anti-Azərbaycan qüvvələrinin planları da puç olub: "Orada ürək bulandırmaq istəyənlərin niyyətləri elə onların ürəklərində qaldı. Prezident İlham Əliyev düzgün olaraq Avropa Parlamentinin sədri ilə görüşdən imtina etdi. Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi lazımsız hərəkət idi. Onlara sübut olundu ki, nəticədə özləri pis vəziyyətdə qalacaqlar. Əslində, bu protokol xarakterli bir görüş idi və dövlət başçımızın bu görüşə heç ehtiyacı da yox idi. Antonio Tayani yeni təyin olunmuş sədrdir, amma hərəkəti ilə özünü çətin vəziyyətə saldı. Əgər onlar "oyun oynamaq" istəyirlərsə, getsinlər başqa adamlarla oynasınlar. Prezident İlham Əliyevin bu görüşdən imtina etməsi həm Avropa parlamentinə siyasi jestdir, həm də bizimlə oyun oynamaq istəyinin təsirsiz ötüşəcəyini düşünməyin yalnış olduğuna ciddi bir mesajdır".