“Azərbaycan hakimiyyəti Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı vəziyyətdən narahatdır”. “Azərbaycan hakimiyyəti Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı vəziyyətdən narahatdır”.

“Azərbaycan Metsamorla bağlı narahatdır”- Elmar Məmmədyarov

“Azərbaycan hakimiyyəti Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı vəziyyətdən narahatdır”.

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novoti”yə verdiyi müsahibəsində bildirib. Nazir qeyd edib ki, bu narahatlıq stansiyanın həddindən artıq köhnəlməsiylə bağlıdır.

“Regional tərəfdaşlarımızla birlikdə biz daima Metsamor AES ilə bağlı narahat oluruq. O tamamilə köhnəlib, “Çernobl variantıdır”. Xoşbəxtlikdən “Rosatom” hansısa əlavə pullar verir. Lakin prinsipcə, bu artıq öz fəaliyyət müddətini başa vurmuş elektrostansiyadır. Allah eləməsin, əgər nəisə baş verərsə, təkcə Ermənistan yox, hamı zərər görəcək.”

Metsamor AES-ının inşası 1970-ci ildə başlayıb. Stansiya 1976-cı ildə istismara verilib. 1989-cu ildə baş verən və 25 min insanın ölümü ilə nəticələnən güclü zəlzələ ilə əlaqədar istifadəsi dayanıb. Lakin ölkədə hökm sürən enerji böhranı ilə bağlı 1995-ci ilin noyabrında yenidən istismara verilib.

2014-ci ilin martında Ermənistan hökuməti yeni nüvə enerjisi blokunun inşasında gecikmə ilə bağlı AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması barədə qərar qəbul edib.

Aydan AXUNDOVA