- Köhnə - Siyasət
- 12 Fevral 2017 11:08
- 3 978
Türkmənlər Bakıda səs verirlər - Fotolar
Türkmənistan vətəndaşları bu gün Bakıda açılmış seçki məntəqəsində prezident seçkilərində fəal səs verirlər.
Səfirlikdən Trend-ə verilən məlumata görə, səsvermə saat 08:00-da başlayıb və saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, bu gün Türkmənistanda prezident seçkiləri keçirilir. Türkmənistanın hazırki prezidenti Qurbanqulu Berdıməhəmmədov da artıq öz səsini verib.
Prezidentlik postu uğrunda 9 namizəd mübarizə aparır.
AzNews.az