21:06
(077) 610-22-33

"Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq"- Rəsmi Moskva

  • >
3 638 17 Fevral 2017 14:36 | Siyasət

Rusiya belə hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi bu regionda planlaşdırılan “konstitusiya referendumu” keçirilməsindən asılı ola bilər.

Məlumatda deyilir: “Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Biz bunu əsas götürürük ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir. Bu halda biz hesab etmirik ki, münaqişənin dinc yolla tənzimlənməsinin gedişi adıçəkilən “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilər”.

AZƏRTAC

Bağla X