09:20
(077) 610-22-33

Erməni deputat «Ermənistan Azərbaycan Sülh Platforması»-na qoşuldu

  • >
4 462 18 Fevral 2017 17:01 | Siyasət

Kiyev Regional Radasının erməni əsilli deputatı Armen Şaxaryants «Ermənistan Azərbaycan Sülh Platforması»-na qoşulması haqqında bəyanat verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq, bu fəaliyyətə dəstəyimi bildirirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəsüf hissi keçirirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm.

Hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Bu təşəbbüsü alqışlayıram. Mən açıq fikirli adamam. Müharibə əleyhinəyəm və Bakıya səfər etəməyə hazıram. Bu səbəbdən, mən, «Ermənistan Azərbaycan Sülh Platforması»-na qoşulduğumu elan edirəm".

Bağla X