Gürcüstanın ən böyük müxalif televiziya kanalı "Rustavi 2" yayımını dayandıraraq, Tiflisin mərkəzində aksiya təşkil etmişdi. Gürcüstanın ən böyük müxalif televiziya kanalı "Rustavi 2" yayımını dayandıraraq, Tiflisin mərkəzində aksiya təşkil etmişdi.

Hökumətə qarşı aksiya keçirən Rustavi 2 kanalı fəaliyyətini bərpa etdi - Foto

Gürcüstanın ən böyük müxalif televiziya kanalı "Rustavi 2" yayımını dayandıraraq, Tiflisin mərkəzində aksiya təşkil etmişdi.

AzNews.az Sputnik-georgia agentliyinə istinadən xəbər verir ki, kanal hakimiyyətin ədalətsizliyinə qarşı etiraz əlaməti olaraq yayımını dayandırmışdı. Daha sonra tərəfdarlarını bu gün keçirilən genişmiqyaslı aksiyaya dəstək olmağa çağırmışdı. Aksiyaya minlərlə şəhər sakini, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxalif partiya nümayəndələri qoşulub.

Kanal Tiflis şəhər məhkəməsinin 2015-ci ildə Rustavi 2-yə qarşı çıxardığı qərara etiraz olaraq aksiya keçirib:

“Bu gün biz hamımız birlikdə Gürcüstan hakimiyyətinə bildiririk ki, onlar söz azadlığına toxuna bilməyəcəklər. Əgər "Rustavi 2" bağlansa, bu təkcə bir kanalın məhvi olmayacaq, bu həm də ölkədə söz azadlığının mövcud olmayacağı deməkdir və heç kim bizim ailələrin problemlərini işıqlandıra bilməyəcək. ” - kanalın baş direktorunun birinci müavini aksiyada çıxışı zamanı belə deyib.

Aksiya yekunlaşıb, kanal artıq fəaliyyətini bərpa edib.