Qondarma Dağlıq Qarabağ dünya tərəfindən qəbul olunmayan, ancaq özfəaliyyət müstəvisində qurulan bir dövlətdir.” Qondarma Dağlıq Qarabağ dünya tərəfindən qəbul olunmayan, ancaq özfəaliyyət müstəvisində qurulan bir dövlətdir.”

"Siyasi özbaşınalıq, Azərbaycana qarşı ikilistandart işğal tarixini uzadır"- Qondarma respublikada referendum

Qondarma Dağlıq Qarabağ dünya tərəfindən qəbul olunmayan, ancaq özfəaliyyət müstəvisində qurulan bir dövlətdir.”

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fəzail İbrahimli bu gün Qondarma Dağlıq Qarabağda keçirilən referendumu şəhr edərkən bildirib. Onun sözlərinə görə, bu qurum hakimiyyətə gələndə orada yaşayan insanlara böyük vədlər verib:

“Zamanla orada yaşayan insanlara çox böyük xöşbəxtliklər vəd ediblər. Zaman keçdikcə bu məsələlərin yalan olduğu üzə çıxdı. Orada yaşayan insanlar daha çox bədbəxtliyə düçar olduqlarını anladı və dünyadan, regiondan kənar bir həyat yaşadıqlarını, maddi durumlarının çox aşağı olduqlarını görürlər. Bu da hakimiyyətin laxlaması və ordakı qurumun imtinasına gətirib çıxarda bilən ciddi səbəblərdir. Ona görə də belə keçirilən referendumlar, atılan addımlar hamısı daxilə hesablanmış və xalqın başını aldatmaq üçündür. Guya, bu ayrıca bir qurumdur, müstəqil siyasət yeridir və s. Əgər hətta Qondarma Dağlıq Qarabağı və onun arxasında dayanan o cinayətkar qrupun özü, yəni Ermənistan tərəfindən bunu rəsmi tanınması yoxdursa, artıq bu müzakirə tələb etmir. Dünyada gedən proseslər, siyasi özbaşınalıq, Azərbaycana qarşı ikilistandart işğal tarixini uzadır. Onlar da bundan istifadə edir. Güman edirəm ki, bunların heç biri onların nəzərdə tutduqlarını ödəməyəcək.”

Politoloq Elxan Şahinoğlu: “Dağlıq Qarabağda “referenduma” start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bugünə xüsusi hazırlaşmalı idilər. Hərəsinin öz missiyası olmalı idi bu “referendumla” bağlı. Gün hələ yeni başladığından axşama qədər nələrin baş verəcəyini söyləmək çətindir. Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra “uçuşlara başlayaq, yoxsa başlamayaq” qədər düşündürücü suala çevrilməlidir.

Azərbaycan XİN isə artıq qollarını çırmalayıb işə başlamalıdır. Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın mühaşidəçi izləyir. Əlbəttə istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referenduma” müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir.”

Bahar RÜSTƏMLİ

AzNews.az