Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika kəşfiyyatını səfir Sergey Kislyakovun telefon danışıqlarını dinləməkdə ittiham edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika kəşfiyyatını səfir Sergey Kislyakovun telefon danışıqlarını dinləməkdə ittiham edir.

“Rusiyanın ABŞ-dakı səfirinin telefon danışıqları dinlənilir”- Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika kəşfiyyatını səfir Sergey Kislyakovun telefon danışıqlarını dinləməkdə ittiham edir.

AzNews.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı kəşfiyyatçının anonim olsa da, rəsmi şəkildə Kislyakovun Moskvaya etdiyi məruzələrdən, Vaşinqtonda gündəlik etdiklərindən xəbərdar olduğunu dediyini açıqlayıb. Lavrovun sözlərinə görə, rusiyalı diplomatın telefonlarının dinlənilməsi Kislyakovun ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnlə görüşü barədə xəbərlərin yayılmasından sonra məlum olub.

Xatırladaq ki, ötən ay The Wall Street Journal amerika kəşfiyyatının apardığı araşdırma zamanı Flinnin rəsmi Moskvayla əlaqələrini aşkar etməsini bəyan etmişdi. Bu araşdırmalar isə Kislaykovla Flinn arasında aparılan telefon danışıqlarının dinlənilməsi nəticəsində məlum olub.