02:53
(077) 610-22-33

"Birinci vitse-prezidenti vəzifəsində hamı Mehriban xanım Əliyevanı görürdü"- Şərh

  • >
6 082 21 Fevral 2017 14:56 | Siyasət

“Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaqdır.”

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hami Mehriban xanım Əliyevanı görürdü.

Millət vəkili Aydın Mirəzazadə də Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibəti ilə təbrik edib:

“Mehriban xanım Azərbaycanda və dünyada fəal ictimai-siyasi fəaliyyəti, ugurlu layihələri və aydın mövqeyi ilə tanınır.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X