Rusiya və Türkiyə silahlı qüvvələrinin birgə səyləri nəticəsində Suriyada uzunmüddətir ki, gözlənilən sülh bərqərar olundu. Rusiya və Türkiyə silahlı qüvvələrinin birgə səyləri nəticəsində Suriyada uzunmüddətir ki, gözlənilən sülh bərqərar olundu.

"Fırat qalxanı” sübut etdi ki, Türkiyəylə hesablaşmaq lazımdır

Rusiya və Türkiyə silahlı qüvvələrinin birgə səyləri nəticəsində Suriyada uzunmüddətir ki, gözlənilən sülh bərqərar olundu.

AzNews.az xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə rusiyalı ekspert Yevgeniy Mixaylov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Türkiyənin 2016-cı ilin avqust ayından etibarən Suriyanın şimalındakı “Fırat qalxanı” əməliyyatında iştirakını heç kim gözləmirdi:

“Ötən yarım il ərzində türk hərbçiləri İŞİD-lə mübarizədə böyük uğur qazanıblar. İlk əvvəl, son 6 ay ərzində Suriyanın şimalındakı böyük bir ərazı İŞİD-dən təmizlənib. Bu nailiyyətə ABŞın rəhbərlik etdiyi koalisiya ordusu nail ola bilməmişdi. Bundan başqa, rusiyalı hərbçilərin dəstəyi ilə təqribən 50 min dinc sakin Hələbdən təhlükəsiz dəhliz vasitəsilə çıxarılıb.”

AzNews.az