02:12
(077) 610-22-33

“Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir” - Səməd Seyidov

  • >
3 887 25 Fevral 2017 15:46 | Siyasət

Cəbhə xəttində indiki gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törədilmiş növbəti təxribatıdır.

Bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ATƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

“Bu Ermənistan hökumətinin yoxlanmış metodudur – çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı “referendum” cəhdi baş tutmadı”, - Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.

AzNews.az

Bağla X