15:08
(077) 610-22-33

Həştərxan sakinləri Mehriban Əliyevanı təbrik edib- FOTO

  • >
2 105 28 Fevral 2017 13:03 | Siyasət

Həştərxanın "Volqa" qəzetində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalə dərc olunub.

AzNews.az xəbər verir ki, “Həştərxan Mehriban Əliyevanı təbrik edir ” başlığı altında yazılan məqalədə Azərbaycanın son 14 ildə iqtisadi və siyasi sahələrdə qazanılan uğurlarından bəhs olunub. Məqalədə qeyd olunur ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu tərəfindən Həştərxanda yerləşən 11 nömrəli məktəbin təmir işləri həyata keçirilib. Hazırda həmin məktəb Ümummilli Heydər Əliyevin adını daşıyır. Məktəbin direktorunun sözlərinə görə, hazırda həmin məktəbdə 19 millətin nümayəndəsi təhsil alır.

“Məktəbin əlaçıları və müəllimləri artıq neçənci ildir ki, öz tətillərini Bakıda keçirirlər. Əlaçılar Heydər Əliyev Fondu tərəfindən stipendiya alır. Bunlar hamısı Mehriban xanımın təşəbbüsüdür.”

Bundan əlavə, məqalədə deyilir ki, Həştərxanda Ümummilli lider Heydər Əliyevin heykəlinin ucaldıldığı parkda uşaqlar üçün əyləncə məkanları quraşdırılıb. Volqa çayının sahilləri birləşdirən Dostluq körpüsü Azərbaycan və Rus xalqlarının dosluğunun bariz nümunəsidir.

Bağla X